KEYFİYYƏTƏ NƏZARƏT SİSTEMİ:
Sektorun inkişafına dəstək olmağı və müştərinin ehtiyaclarını ən yaxşı ödəyən xidmətlər göstərməyi mühüm prinsip kimi müəyyən edən MTM, bütün keyfiyyətə nəzarət sistemlərini, eləcə də araşdırma və inkişaf etdirmə fəaliyyətlərini bu prinsip vasitəsilə həyata keçirdi.
MTM hazırladığı xüsusi proqram təminatı vasitəsilə əldə etdiyi keyfiyyətə nəzarətlə hər bölmənin öz daxilində yaratdığı nəzarət vahidlərindən istifadə edərək minimum səhvlə fəaliyyət göstərir.
ARAŞDIRMA VƏ İNKİŞAF ETDİRMƏ:
Sektorda mühüm işlər görmək, müştərinin ehtiyaclarını təmin etmək, daim müasir inkişafı nəzərə almaq və sektorun innovasiya ehtiyacına cavab vermək üçün qurulan MTM, qurumun əsasında yaratdığı Araşdırma və İnkişaf Etdirmə Departamenti ilə rabitə sektoru üçün əlavə dəyər yaradan məhsul və xidmətlər həyata keçirir.
Türkiyə vəxaricdəki yenilikləri təqip edən, müştərinin tələblərini nəzərə alan, sektorun öndə olanları ilə mütəmadi görüşlər keçirən Araşdırma və İnkişaf Etdirmə Departamentibu görüşlərdən sonra müəyyən etdiyi müştəri ehtiyaclarını xidmətlərə çevirərək həyata keçirir.
MTM, yeni məhsullar yaratmaq vəqlobal rəqabətdə bir addım irəli çıxmaq üçün hər il müxtəlif layihələrə imza atır.
Kifayət qədər yaxşı dinləyicisinizsə, o zaman müştəriniz Araşdırma və İnkişaf Etdirmə Departamentinizin ən parlaqdüşüncəli üzvüdür.