Medianın təhlili
Medianın təhlili 2024

Medianın təhlili

Qavrayışlara ən çox təsir edən nüfuz amillərindən biri olan media, qiymətləndirmə ehtiyacının da ən yüksək olduğu sahələrdən biridir.

Nüfuzunuza hakim olmağın ilk addımı onu ölçməkdir.  Ölçmədiyiniz şeyi idarə edə bilməzsiniz.” deyən Ron Alsopun fikrini bir qədər də ciddi ifadə edən “British Telecom”un məşhur rəhbəri Sör Yan Velləns,
“Ölçmürsənsə, etmə!” fikrilə ölçmənin çox mühüm olduğunu və böyük təsir qüvvəsinə malik olduğunu vurğulayır. Təhlil edilməyən və qiymətləndirilməyən hər iş, zaman, pul və əmək itkisilə yanaşı, nüfuz itkisinə də səbəb olacaq böyük təhlükələr yaradır.
 
Təşkilatların mediada hansı mərtəbədə olduqlarını görmələri üçün medianın təqib edilməsi çox mühüm ehtiyac olduğu kimi, mediada hansı qavrayışı yaratdıqlarını qiymətləndirmək də media strategiyasının əmələ gəlməsində və təkmilləşdirilməsində əsas məqamdır.
 
MTM, təşkilatların inzibati strategiyalarında mühüm mövqeyə və təsir qüvvəsinə malik olan medianın təhlillərini bu böyük məsuliyyət çərçivəsində hazırlayır.
 
Medianın təhlilləri, ictimaiyyətlə əlaqələr sahəsindəki fəaliyyətlərinizə dəstək verir.
Təşkilatın və rəqiblərinin, medianın köməyilə qavrayışları necə və nə qədər idarə etdiyini, hansı istiqamətə doğru getdiyini göstərən medianın təhlilləri, həm də medianın strategiyalarına mənbə təşkil edən mühüm işarələr verir.

   Şirkətinizmediada öz əksini necə tapır? 
   Bu məlumatlar nəzərdə tutduğunuz kütləyə necə təsir edir?
   Rəqibləriniz mediadakı məlumatlarla hansı qavrayışı yaradırlar?
   Təşkilatınız hansı əlaqə vasitələrində daha çox maraqla qarşılanır, hansı yayımlarda təsiriniz daha aşağıdır?
   Mətbuat nümayəndələri təşkilatınıza və ya rəqiblərinizə nə qədər maraq göstərirlər? 

Medianın təhlil hesabatlarının əsas istifadə sahələri;
   İctimaiyyətlə əlaqələr sahəsindəki uğurlu fəaliyyətlərin qiymətləndirilməsi
   Məlumat mübadiləsi strategiyalarının təkmilləşdirilməsi
   Təşkilatın nüfuzunun qiymətləndirilməsi
   Sektor mövqeyi
   Rəqib strategiyaların təqib edilməsi
   Sektordakı inkişafın təqib edilməsi və sektorda gələcəklə bağlı tədbirlər görmək
   Təşkilatın arxiv sənədləri

Medianı təhlil etmək güclü mütəxəssislər tələb edir…
Medianı şərh etmək və nəticələri əlaqələndirərək doğru təhlil hesabatları hazırlamaq, yalnız güclü mütəxəssis heyətilə mümkündür.
 
MTM-in təhlil heyətinin 84%-i universitetlərin əlaqələr fakültəsindən məzun olub təşkilatda xüsusi təhsil proqramından keçirilmişdir. MTM analitikinin universitetdə tədris olunan əsas biliklərinə, medianı oxuma, şərh etmək və qiymətləndirmə məlumatları əlavə edilərək analitik yönləri təkmilləşdirilmişdir.
 
Qiymətləndirmə yüksək təhsil və texnologiya tələb edir…
Əvvəllər səhifə ölçüləri və reklama uyğun qiymətləndirmədən ibarət olan mətbuat təhlilləri dövrümüzdə tamamilə dəyişmiş, təhlillərə bir-birilə əlaqəli olan yüzlərlə meyar əlavə edilmişdır. Gündən-günə daha mürəkkəb işlər ortaya qoyan təhlillər, bu sahədə mütəxəssis heyətilə yanaşı, yüksək təhsil və xüsusi proqram təminatı tələb edir.
 
MTM, apardığı təhlil hesabatlarını, bütün fəaliyyətlərini yaratdığı xüsusi avtomatlaşdırma şəraitində həyata keçirir. Medianın təqib edilmə nəticələrilə birbaşa əlaqə yaratmağı və əlaqələndirməyi təmin edən xüsusi proqram təminatı, təqib edilmə nəticələrilə təhlil hesabatları arasında da dil bütövlüyü yaradır.
 
MTM-in proqram təminatı heyəti tərəfindən təkmilləşdirilən avtomatlaşdırma, yeni yaranan ehtiyaclara asanlıqla cavab verməsi səbəbilə təşkilata böyük üstünlük gətirir, müştərilərin ehtiyacları üçün düşünülən həll yolları razılığın artmasında mühüm amilə çevrilir.  

Hər təşkilatın ehtiyacına görə hazırlanan təhlil paketləri…
Medianın təhlillərini müəyyən piramida formasına salan MTM, təhlili alan təşkilatın ehtiyacına uyğun sayla bağlı məlumatlardan məzmun və ismarış təhlillərinə qədər yüksək məhsul profili əmələ gətirmişdir

   Standart medianın təhlilləri
   Medianın təfsilatlı təhlilləri
   Aktiv fəaliyyət təhlilləri
   Sponsorluq fəaliyyəti baxımından əlavə üstünlüklərin təhlili
   Təşkilatınictimaiməsuliyyətininqiymətləndirilmə təhlili
   Təşkilatın nüfuz qavrayışının təhlili

Standart medianın təhlilləri
Təşkilatların mediadakı məlumatların qiymətləndirilmə cədvəli olan standart medianın təhlil hesabatlarında, əsas təhlil nəticələri təqdim olunur. Standart medianın təhlillərində, şirkətin və ya rəqiblərinin hansı əlaqə vasitələrində nə qədər və necə təsir yaratdıqları, mətbuatda çıxan xəbərlərlə nəzərdə tutulan kütlə ilə nə dərəcədə əlaqə qurduqları, mediadakı məlumatların əvvəlki dövrlərə nisbətən şirkətdə hansı dəyişikliklərin baş verdiyi, icmalçıların şirkəti necə qiymətləndirdiyi və bir çox başqa məlumat statistik məlumatlarla birgə təqdim olunur.
 
Standart medianın təhlillərində, mediadakı məlumatlar həm keyfiyyət, həm də kəmiyyət baxımından ayrı-ayrı təhlil edilir. Bir çox əsas detalın birgə qiymətləndirilməsi üsulu ilə hazırlanan təhlil, yalnız bir meyarda cəmlənən hesabatlardakı nöqsanları aradan qaldırır və təşkilatlar üçün düzgün qiymətləndirmə imkanı yaradır.
 
Standart medianın təhlilləri, təşkilatların əlaqə fəaliyyətlərinin mediada nə qədər uğur qazanması ilə bağlı obyektiv məlumatlar verdiyi kimi, nəzarətsiz yayımlanan xəbərlərin şirkətə necə və nə qədər təsir etdiyini də göstərir. Asan oxunan statistik məlumatlardan ibarət təhlil hesabatları, həm bu sahənin mütəxəssislərinin strategiyalarını müəyyən etmədə mənbə yaradır, həm də məlumatların təhlilini qiymətləndirərək yeni üsullar yaratmaqda mühüm rol oynayır.
 
Medianın təfsilatlı təhlilləri
Təfsilatlı təhlillərdə, mediada firmanın və ya rəqiblərinin məlumatları qiymətləndirilir, xəbərlərdəki ismarışlar da təhlil edilir. Bu hesabatlar firmaların nüfuzu ilə bağlı müəyyən fikir də yaradır.
 
Təfsilatlı təhlil hesabatları, firmaların təşkilatla bağlı əlaqələrini və ya ictimaiyyətlə əlaqələr sahəsində aktivliyini idara edən, bu fəaliyyətlərə istiqamət verən və ya bu sahədə strategiyalar irəli sürən təşkilatın daxilində və ya xaricində bütün qərar qəbul edənlər üçün mühüm mənbədir.
 
Medianın təfsilatlı təhlilləri, məlumatların keyfiyyətinə olduğu kimi kəmiyyətə də diqqət edən təşkilatlar üçün müəyyən bələdçidir. MTM-in media sahəsində mütəxəssis analitikləri tərəfindən hazırlanan təhlillərdə şirkətin xəbərdə necə əks olunduğu, şirkət adının xəbərdə istifadəsi və tərzi, istifadə olunan vizual material, xəbərin hansı səhifədə qeyd edildiyi və istifadə edildiyi sahə, xəbərdə şirkətin nə dərəcədə diqqəti cəlb etməsi və nəzərdə tutulan kütlədə hansı təəssüratı yaratması kimi müxtəlif meyarlar çərçivəsində hər xəbər dərindən təhlil edilir.
 
Bu qiymətləndirmələr nəticəsində ortaya çıxan hesabatda aşağıdakı nəticələri əldə etmək mümkündür;

    Mediadaşirkətdən çox bəhs olunması, bu sahədə yüksək səviyyədə məlumat mübadiləsinin aparılması demək deyildir. Uğurun əsas göstəricisi, şirkətin nəzərdə tutulan kütləyə uyğun yayımlarda nə dərəcədə nəzarətli və təsiredici olması sualının cavabındadır.

   Şirkətin birbaşa nəzərdə tutulan kütləsinə çatan əlaqə vasitəsində, mühüm xəbər və ya şərhlə qeyd edilməsi, qısaca bəhs olunan və nəzərdə tutduğu qrupa uyğun olmayan yayımlarda qeyd olunan yüzlərlə xəbərdən daha təsirli nəticələr yaradır. Qiymətləndirmə yalnız sayla bağlı məlumatlarla deyil, eyni zamanda digər əsas meyarlar da nəzərə alınmaqla aparılmalıdır.

   Yüksək fikir sahiblərinin şirkəti necə qiymətləndirməsi şirkət nüfuzunun mühüm göstəricilərindən biridir. Şirkətin kimlər tərəfindən və necə qiymətləndirildiyi, həmçinin qiymətləndirənlərin nəzərdə tutulan kütləyə olan təsiri nəzərə alınmalıdır

   Şirkətin nəzərdə tutduğu kütlə əsas götürülərək qeyd olunduğu əlaqə vasitələri və bu əlaqə vasitələrinin yayım ötürməsi çox əhəmiyyətlidir. Bu çərçivədə şirkətin milli və yerli mediada nə dərəcədə və hansı təsirləri göstərdiyi diqqətlə təqib edilməlidir.

Aktiv fəaliyyət təhlilləri
Təşkilatın təşkil etdiyi aktivlik fəalliyyətinin, mediadakı əksinin qiymətləndirilməsilə hazırlanan hesabatdır. Burada firmanın bütün xəbərləri deyil, yalnız aktiv fəaliyyətlə bağlı xəbərlər qiymətləndirilir.
 
Aktiv fəaliyyət təhlillərinin hesabatı, həyata keçiriləcək buna bənzər aktiv fəaliyyətlər üçün də fikir yaradacaq meyarları əhatə edir. Aktiv fəaliyyətin mediadakı əksi, keyfiyyət və kəmiyyət baxımından ayrı-ayrılıqda təhlil edilir. Bundan başqa, həmin nəticələr yayım və format xüsusiyyətlərinə görə də qiymətləndirilir.
 
Aktiv fəaliyyət təhlilləri buna bənzər aktiv fəaliyyətlərlə müqayisəli şəkildə təhlil olunduğu kimi, təkrarlanan aktiv fəaliyyətlər üçün hazırlanan dövri müqayisəli təhlillər də əlaqələr sahəsinin mütəxəssislərinə mühüm məlumatlar verir.
 
Sponsorluq fəaliyyəti baxımından əlavə üstünlüyün təhlilləri
Son illərdə marketinqin ən sürətlə inkişaf edən sahələrindən biri olan sponsorluq, şirkətin tanınmasında mühüm rola malikdir. MTM-in mütəxəssislərdən ibarət təhlil heyəti, sponsorluq fəaliyyəti baxımından əlavə üstünlük təhlillərində, sponsorluq sahəsini araşdıraraq mediadakı məlumatların şirkət dəyərinə olan təsirini müəyyən edirlər.
 
Həmin hesabatlarda sayla bağlı məlumatlarla yanaşı, məzmun təhlillərindən də istifadə edilir. Şirkətin sponsor olduğu təşkilat və ya aktiv fəaliyyətin mediadakı əksinin müsbət və ya mənfi olması şirkətin nüfuzuna da təsir etdiyinə görə hesabatlarda keyfiyyət təhlili də təfsilatlı şəkildə qeyd edilir.

Əsas sponsorluq təhlilləri;
   Adla bağlı sponsorluqların təhlili
   İdman sahəsindəki sponsorluqların təhlili
   İncəsənət və mədəniyyət sahəsindəki sponsorluqların təhlili
   Aktiv fəaliyyətlə bağlı sponsorluqların təhlili


Təşkilatınictimaiməsuliyyətininqiymətləndirilmə təhlili
Təşkilatın ictimai məsuliyyət layihələrinin, əlaqə fəaliyyətlərinin əsas sahələrindən birinə çevrildiyi dövrümüzdə təşkilatların ən mühüm ehtiyaclarından biri də nəzərdə tutulan kütlə ilə həssas əlaqə yaradan bu layihələrin şirkətə hansı üstünlüklər verməsinin hesablanmasıdır. TİM (Təşkilatın İctimai Məsuliyyəti) layihələrinin nəzərdə tutulan kütləyə olan təsirinin qiymətləndirilməsində mediadakı məlumatların təhlili də çox mühüm amildir.
 
MTM, təşkilatın bütün Azərbaycanda apardığı ictimai məsuliyyət layihələrinin mediadakı əksini müşahidə edərək, nəzərdə tutulan kütləyə olan təsiri təhlil edir. Sektor bölgüləri, TİM layihəsinin xidmət etdiyi sahə, nəzərdə tutulan kütlə ilə əlaqə, sayla bağlı qiymətləndirmələr, ismarış təhlilləri, təsir qüvvəsi, rəqiblərin təşkilatın ictimai məsuliyyətlə bağlı fəaliyyətlərindəki uğuru, həmçinin bir çox başqa məlumatı əhatə edən təşkilatın ictimai məsuliyyət qiymətləndirilməsinin təhlili, təşkilatların TİM strategiyalarına istiqamət verir.
 
Təşkilatda ictimai məsuliyyətin qiymətləndirilmə təhlilində, təşkilatların TİM layihələrinin mediadakı əksinin gətirdiyi sabitliyin (əlaqədə daimiliyin) mühüm fikir sahibləri tərəfindən nə dərəcədə qəbul edilməsi kimi bir çox məlumat da qeyd edilmişdir.
 
Təşkilatın nüfuz qavrayışının təhlili
Nəzərdə tutulan kütləyə görə nüfuzun ən müəyyənedici amillərindən biri olan media, təşkilatlar üçün mühüm imkan sahəsidir. MTM, mediadakı məlumatların, təşkilatın nüfuz qavrayışına olan təsirini müşahidə edən təhlil hesabatları ilə təşkilatların əlaqə strategiyalarına istiqamət verir. Təşkilatın nüfuz qavrayışının təhlilləri, imkanların tövsiyə olunmasına kömək etdiyi kimi, təhlükələri də əvvəlcədən qeydə alır. Bu hesabatlar, rəqib şirkətlərin nüfuz qavrayışlarının hansı istiqamətdə olması ilə bağlı mühüm məlumat mənbəyidir.
 
Mediadakı məlumatların, təşkilatın nüfuz qavrayışına olan təsiri, dörd əsas və 24 əlavə parametrlə qiymətləndirilir:

1.    İdarəedici nüfuz qavrayışı
   Yüksək keyfiyyət 
   Xidməti qüvvə
   İş şəraiti

2.    Maliyyə ilə bağlı nüfuz qavrayışı
   Maddi mənfəət
   Sabit inkişaf
   Maliyyə kredit nüfuzu
   Birja sərmayəsinin cəlbediciliyi 
   Sektorda liderlik 
   Yeni bazar qabiliyyəti 
   Qanunlara uyğunluq və şəffaflıq
   Sektorun inkişafına yardım

3.    Məhsul və ya xidmətdə nüfuz qavrayışı
   Müasirlik
   Genişlənmə
   Keyfiyyət və məhsuldayüksəksəviyyə
   Qəbul edilmə və razılıq
   Qiymət
   Satışdan sonrakı xidmətlər 

4.    İctimai nüfuz qavrayışı
   Ətrafa dəstək 
   Təhsilə dəstək 
   İdmana dəstək 
   Sağlamlığa dəstək 
   Mədəniyyət və incəsənətə dəstək 
   Təşkilata qarşı yaxınlıq və hörmət
   Təşkilata etibar etmək
a
b
c