Böyük təsirə malik əlaqə vasitələrindən biri olan və ənənəvi mediadan üstün vəziyyətə gələn internet mediası, şübhəsiz ki, şirkətlər üçün nəzarəti çətin olan əlaqə sahələrindən biridir.
İzlənilib idarə olunmadığı təqdirdə mühüm təhlükə amili olan internet mediası, MTM-in professional proqram təminatı və təqib edilmə sistemilə nəzarətə götürülür.
Xəbər səhifələrində yayımlanan xəbərlərinizi dərhal əldə edin!
İnternet mediasını təqib etmək məqsədilə yaradılmış ilk şirkət olan MTM, mütəxəssis heyəti və xüsusi proqram təminatı ilə rəqəmsal medianın təqib edilməsinə yeni nəfəs gətirir. Gündən-günə artan yayım sayı və müştərilərə çatan milyonlarla ismarış arasından, təşkilatların tələblərinə uyğun keyfiyyətli məlumatları yoxlayaraq istifadəçilərinə təqdim edən MTM, internet mediasının təqib edilməsində nümayiş etdirdiyi yeni strategiyaları ilə üstünlüyünü qoruyur.
Eyni vaxtda elektron məktub göndərmə xidmətilə, son baş verən hadisələri sürətli şəkildə əldə etmə,
Kəmiyyət və keyfiyyət baxımından insanların vaxta qənaət etmələrinə imkan verən gündəlik «Xəbər xülasələri» xidməti,
Vizual axtarış, redaktor dəstəyi və keyfiyyətə nəzarət funksiyası təmin edilən təqib edilmə sistemi sayəsində təhlil edilmiş keyfiyyətli məlumatı ən qısa vaxtda əldə etmə imkanı,
Böhran yaratma ehtimalı olan xəbərlər üçün erkən xəbərdarlıq sistemini hərəkətə gətirərək təşkilatların təhlükələri daha asan idarə etməsinə kömək etmə,
Təşkilatlar üçün xüsusi alternativ xidmətlər,
Təşkilatın arxiv xidməti,
İnteraktiv təhlil imkanı,
Təhlil edilmiş, keyfiyyətli məlumatlarla vaxta qənaət etməyə imkan verən üsullar…
MTM-in təqib edilmə siyahısında qeyd edilən xəbər səhifələri ən əvvəl vizual yoxlamadan keçirilərək, sistemə çatdırılır. Sistemə çatdırılan xəbərlər redaktor nəzarətindən də keçərək təsnifatlandırılır və müştərinin istifadəsinə verilir.
Redaktorlar və keyfiyyətə nəzarət heyəti xəbərlərə nəzarət edərək şirkətlə əlaqəsi olmayan xəbərləri nəzərdən keçirir. Beləliklə, müştəri, sistemdə yalnız onu maraqlandıran xəbərləri görür
Sistemə ötürülən xəbərlər müştərinin ehtiyacına əsasən müəyyən edilən vaxtlarda elektron məktub şəklində də göndərilir.
Daim yenilənən xidmət nəticəsində abunəçi, təqib edilmiş xəbər və yazıları sürətli, həmçinin interaktiv şəkildə əldə edir.
Müştəri, zaman və məkandan, həmçinin dünyanın harasında olmasından asılı olmayaraq, MTM-in, medianın təqib edilməsi xidmətini günün 24 saatı asanlıqla əldə edir.
Müştərinin ehtiyacına uyğun xüsusi alternativ xidmətlər…
İstifadəçinin dostu olan xidmətlər göstərməyi əsas prinsiplərindən biri kimi müəyyən edən MTM, internet mediasının təqib edilmə xidmətində də müxtəlif alternativ xidmətlər tövsiyə edir. Həmin xidmətlərdən ən əsasları aşağıdakılardır;
İnteraktiv xidmət: Dünyanın istənilən yerində və günün istənilən saatında bütün məlumatları sürətli və asan əldə etmə imkanı.
Gündəlik xəbər xülasələri bülleteni: Şirkət və rəqiblərilə bağlı mətbuatda dərc edilən xəbər, yazı və şərhlər mövzularına görə qruplaşdırılaraq xülasə şəklinə salınır və qısa hesabata çevrilir. Hesabat hər səhər 08:00-da müştərilərə təqdim edilir. Beləliklə, müştəri eyni xəbərləri bir-bir oxuyaraq vaxt itirmir, bütün məlumatları daha sürətlə gözdən keçirmə imkanı əldə edir.
Gündəlik xəbər xidməti (Mailing): Şirkət və rəqiblərilə bağlı ictimai mediada yayımlanan bütün xəbər və yazılar, şirkət fərqinə əsasən siyahı şəklinə salınaraq istənilən vaxtda elektron məktub kimi müştəriyə çatdırılır.
Daxili şəbəkə: Müştəriyə təqdim edilən mövzuyla bağlı bütün məlumatlar hər səhər təşkilatın daxili şəbəkəsinə yüklənir. Təşkilat bu xəbərləri daxili şəbəkəsində istədiyi kimi nizamlayaraq müştərilərinin istifadəsinə tədqim edir.
Arxiv diski: Mətbuatda çıxan məlumatlar MTM-in xüsusi proqram təminatı ilə disk şəklində müştərinin ünvanına çatdırılır.