Medianın təqib edilməsi
Medianın təqib edilməsi 2024

Medianın təqib edilməsi

Medianın təqib edilməsi nə deməkdir?
Medianın təqib edilməsi, qəzet, jurnal, televiziya və radio kanalı, həmçinin ictimai mediada yayımlanan bütün xəbər və reklamların qeydiyyata alınmaqla təsnifatı, hesabatının verilməsi, nəticələrin əlaqədar təşkilata ötürülməsi və arxivlənməsi xidmətidir.
 
Sürətlə artan əlaqə vasitələrinin sayı bütün bu yayımların təqib edilməsini çətinləşdirdi. Şirkətlər və təşkilatlar milli qəzetləri izləsə də televiziya və radiolar, jurnallar və yerli qəzetlər mühüm imkan və ya təhlükə mühiti yaratdılar.
 
Medianın təqib edilməsinin təşkilatlara nə faydası var?
Medianın təqib edilməsi, həm firmaların daha çox əlaqə vasitələri və yayımlarla əlaqə yaratma, həm də ehtiyacları olan əsas məlumatı təhlil etməimkanı verir. Firmalar, əldə etdikləri medianın təqib edilməsi xidməti ilə bu sahəyə sərf etdikləri büdcə və vaxtdan səmərəli istifadə edərək mediaya nəzarət edirlər.
 
Medianın təqib edilməsi etibarlı idarəetmənin ayrılmaz hissəsidir…
Mediada diqqəti cəlb edən inkişafla yanaşı, əlaqə sektorunda da mühüm irəliləyiş oldu. Təşkilatlar marketinq, nüfuz və təqdimat fəaliyyətlərinə daha çox əhəmiyyət verdiyi halda, Azərbaycan bazarına daxil olan beynəlxalq şirkətlər professional medianın təqib edilməsinə hiss edilən ehtiyacı artırdı.
 
Azərbaycanda medianın təqib edilməsinə olan ehtiyacı görən MTM (Media Təqib Mərkəzi), Türkiyədəki təcrübələrini burada da tətbiq etmək qərarına gəldi. Türkiyədə 1999-cu ildən medianın təqib edilməsi və qiymətləndirilməsi sektorunun qabaqcıl firması olan «Medya Takip Merkezi», 2013-cü ildən başlayaraq, Azərbaycanda medianın təqib edilməsi və qiymətləndirilməsindəəlaqələndiricilərin köməkçisi oldu.
 
Medianın təqib edilməsi mütəxəssis heyəti və möhkəm bünövrə tələb edir…
Marketinq əlaqələrində ən mühüm arena olan mediaya nəzarət olunmadıqda böyük təhlükə yaranır. Təşkilatların nəzarəti altında yayımlanan xəbərlər şirkət dəyərinə müsbət təsir etdiyi halda, nəzarətsiz yayımlanan xəbərlər geniş insan kütləsinə böyük zərərlər verir.
 
Bütün medianın düzgün, qüsursuz və sürətli şəkildə yoxlanılması, qeydiyyata alınması və sistemli şəkildə təqib edilməsi, təşkilatların bu günü və gələcəyi üçün zəruri ehtiyacdır. Medianın keyfiyyətli olaraq təqib edilməsi xidməti isə böyük sərmayələr və mütəxəssis heyətləri tələb edir.
 
Texnologiya ilə yanaşı, insan mənbələrinə yatırdığı sərmayə ilə seçilən MTM, Azərbaycan ofisindəki heyətinə 2 həftəlik xüsusi təhsil verərək medianın təqib edilməsində ixtisaslaşmalarını təmin etdi. Medianın təqib edilməsinin əhəmiyyətini və təşkilatlar üçün dəyərini yaxşı bilən mütəxəssis heyəti, təşkilatın yüksək fəaliyyətinin ən əsas aktyorlarıdır.
 
Bütün yeniliklərin asanlıqla birləşdiyi xüsusi medianın təqib edilməsinin avtomatlaşdırılması …
MTM öz fəaliyyətini, medianın yüksək səviyyədə təqib edilməsi xidmətini öz müştərilərinə ən sürətli tərzdə təqdim etmək əsası üzərində qurmuşdur.
 
MTM-in öz strukturunda proqram təminatı heyətinin hazırladığı və təkmilləşdirdiyi avtomatlaşdırma, bütün tələb və yeniliklərə uyğunlaşacaq xüsusiyyətdə olub standart xidmətlə yanaşı, kiçik xidmətlər üçün də çox əlverişlidir.
 
Yeni əlaqə vasitələrinə və yaranan ehtiyaclara həssas olan medianın təqib edilməsi düşüncəsi…
Rabitə və media dövrümüzdə ən sürətlə inkişaf edən və dəyişən sektorlarındandır. Fəaliyyət göstərdiyi sektorun dinamik əsasına uyğun quruluş yaradan MTM, dəyişən müştəri ehtiyaclarına dərhal cavab verəcək tərzdə təşkil edilmişdir:


       Sosialmedianın təqib edilməsi və qiymətləndirilməsi,
       Televiziya və radio xəbərlərinin interaktiv, elektron məktub, ismarış və mobil vasitə ilə təqib edilməsi,
       Küçə reklamlarının təqib edilməsi,
       Xəbər agentliklərinin eyni vaxtda təqib edilməsi və erkən xəbərdarlıq xidmətləri,
       Əlaqələndiricilərin mətbuat siyahısını yeniləmək problemi üçün professional həll yolları,
       Nüfuzu gündən-günə artan sosial medianın təqib edilməsi və qiymətləndirilməsi,
       Təşkilatlar üçün xüsusi həll yolları

MTM, medianın dəyişən quruluşuna uyğun olaraq, təqib edilmə və qiymətləndirmənin keyfiyyətinin yüksəldilməsilə bağlı mütəmadi şəkildə yeni layihələr hazırlayır. Artan əlaqə vasitələri və ismarışlar, təşkilatların axtardıqları məlumatı əldə etmələrini çətinləşdirdiyi halda, məlumat və ismarış axınını süzgəcdən keçirən MTM, öz abunəçilərinə təhlil edilmiş və düzgün məlumat çatdırmaqla vaxta qənaət etmək imkanı verərək onların iş həyatlarını asanlaşdırır.

Sistemli məlumat əldə etmə şəbəkəsilə yerli mediada əldə edilən böyük qüvvə…
Regional qüvvələrin gündən-günə daha fəallaşdığı müasir dövrdə yerli media, şirkətlərin məlumat mübadiləsi planında da mühüm yerə malikdir.
İzlənilməsi çətin və mühüm sərmayələr tələb edən sahələrdən biri olan yerli media, MTM-in sistemli məlumat əldə etmə şəbəkəsilə artıq nəzarətsiz əlaqə vasitəsi deyildir. Sektorun ehtiyaclarını tədqiq edən təşkilat, yerli mediadakı təqib edilmə gücünü artırmış, öz işlərini, regional medianın təqib edilmə ehtiyacına ən gözəl cavab verəcək tərzdə tənzimləmişdir.
 
Medianın təqib edilmə xidmətlərində müxtəlif alternativlər…
Geniş xidmət sahəsinə malik olan medianıtəqib edən və qiymətləndirən MTM şirkəti, xüsusi şirkətlər, ictimai təşkilatlar və şəxslər üçün medianın nəbzini tutur… 

       Yerlimedianın təqib edilməsi
       Əcnəbi medianın təqib edilməsi
       Mətbuatın təqib edilməsi
       Televiziyanın təqib edilməsi
       Radionun təqib edilməsi
       Sosialmedianın təqib edilməsi
       Xəbər agentliklərinin təqib edilməsi
       Televiziya reklamlarının təqib edilməsi
       Küçə reklamlarının təqib edilməsi
       Mətbuatda reklamların təqib edilməsi
       Kütləvi fəaliyyətlərin təqib edilməsi
       Yeni reklamın təqib edilməsi

a
b
c