Mediada hər gün milyonlarla ismarış göndərilir. Həmin ismarışların bəzisi təşkilatınız üçün çox mühüm, bəzisi isə əhəmiyyətsizdir. Milyonlarla xəbər arasından sizin üçün mühüm olanları seçmək MTM-in vəzifələrinə aiddir. Hər səhər sektorun xüsusi gündəlik hesabatlarını hazırlayaraq sizə təqdim edən MTM-in mütəxəssis heyəti, sanki iş yerinizdə köməkçilərinizdir.
Təşkilatınızın maraq dairəsinə daxil olan “sektor gündəliyi” bülletenlərinə abunə olaraq, həm sektorun nəbzini tutar, həm də rəqiblərinizdən bir addım önə keçərsiniz. Sektor hesabatlarında qeyd edilən başlıca mövzular bunlardır;
Şirkətlərin strateji izahları
Yeni şərikliklər
Yeni bazar axtarışı
Yeni bazara daxil olma qərarı
Fəaliyyət göstərilən bazardan çıxmaq qərarı
Birgə əməkdaşlıqların sona çatması
Yeni məhsul və ya xidmətin elan edilməsi
Yeni kampaniyalar
Məhsullarda edilən dəyişiklik və ya yeniliklər
Yeni mağaza, ofis və ya şöbənin açılması
Şirkətin mükafat qazanması
Yeni sponsorluq sazişləri
Yeni təşkilatla bağlı ictimai məsuliyyət layihəsinin başlaması
İctimai məsuliyyət və ya sponsorluq sazişlərində qeydə alınan mühüm inkişaf
Şirkətin yeni reklam kampaniyasına başlaması
Şirkətin görünüş və ya ismarış dəyişikliyi aparması
Təşkilatın mənfəət və ya zərəri qeyd etməsi, həmçinin başqa strateji qərarlar qəbul etmədə mühüm rol oynayan hər cür dəyişiklik qısa hesabata çevrilərək müştəriyə elektron bülleten formasında çatdırılır.