• Medya elinizin altında!
TR
AZ
EN
Yeni reklamın təqib edilməsi
Yeni reklamın təqib edilməsi 2024

Yeni reklamın təqib edilməsi

Artıq yaşadığımız dövrün hər sektorunda böyük və güclü rəqabətlər baş verir. Təşkilat və şirkətlərin müqayisəli rəqabəti, bir-birlərini yaxından təqib etməyi də zəruri edir.
 
Təşkilatların öz rəqiblərini doğru təqib etməsinin yollarından biri də marketinq fəaliyyətlərinə dəstək vermədə mühüm amil olan reklam fəaliyyətlərinin təqib edilməsidir…

MTM, reklam agentliklərinin və təşkilatların, yeni reklamları təqib etmək tələbinə uyğun fəaliyyət göstərmək üçün hazırladığı televiziyalarda yeni reklamın təqib edilməsi xidmətilə, şirkətlərin rəqabət gücünü artırır.

Rəqibiniz yeni reklam kampaniyasına başladı. Buna baxdınız?

Güclü texnologiyası və mütəxəssis heyətilə televiziyada yayımlanan bütün reklam filmlərini tədqiq edərək ilk dəfə yayımlananları müəyyən edən MTM, yayım və reklam məlumatları ilə yanaşı, hər filmi ayrı-ayrılıqda izləyərək arxivləşdirir. Bir gün əvvəl yayımlanan yeni reklam filmlərilə bağlı hesabat, hər səhər elektron məktub və disk formasında MTM-in müştərilərinə çatdırılır.

Televiziyalarda yeni reklamın təqib edilməsi xidməti, internet vasitəsilə şifrli olaraq da təqdim olunur. Abunəçi sistemə şifrilə daxil olaraq yeni reklam hesabatına nəzər yetirir və istədiyini izləyir, beləliklə, istənilən yerdə və saatda ehtiyacı olan məlumatı asanlıqla əldə edir.

Televiziyada yeni reklamın təqib edilmə xidmətini tədqiq etmədən yeni reklam kampaniyaları planlaşdırmayın… 

       Sektora yeni daxil olan rəqib hansı strategiya ilə hərəkət edir?

       Rəqibiniz yeni reklam filmilə ekranlarda geniş təmsil olunur. Buna baxdınız?

       İstifadə etmək istədiyiniz reklam strategiyası başqa şirkət tərəfindən istifadə edilir?

       Rəqibləriniz yeni reklamlarında hansı ismarışlardan istifadə edir?

       Hansı sektorlarda, hansı şirkətlər yeni reklam kampaniyasına başladı?
 
       Şirkətlər yeni reklam filmlərini yayımlamaq üçün ən çox hansı televiziya kanallarına üstünlük verirlər?

a
b
c